19 İyun 2026
Dünya futbolu

Premyer Liqa klubu ingiltərəli futbolçu ilə danışıq aparır

İngiltərəli futbolçu Dominik Kalvert-Luin “Aston Villa” yolunda

İdmanxeber.az-ın məlumatına görə, oyunçu  karyerasını “Aston Villa” klubunda davam etdirə bilər.

“Milan” və “Nyukasl”ın da maraq göstərdiyi hücumçu hazırda “Aston Villa” ilə danışıqlar aparır. İngiltərə millisinin sabiq üzvü “Everton”la müqaviləsini başa vurduqdan sonra azad agent statusu qazanıb.

27 yaşlı forvard ötən mövsüm Premyer Liqada 26 oyunda iştirak edib, 3 qolla yadda qalıb.

“Aston Villa”nın baş məşqçisi Unay Emeri oyunçunu hücum xətti üçün uyğun və maliyyə baxımından sərfəli seçim hesab edir. Tərəflər arasında ilkin təmasların müsbət məcrada davam etdiyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43