07 İyul 2026
Ölkə futbolu

Premyer Liqa klubu nigeriyalı futbolçu ilə anlaşdı – ÖZƏL 

Növbəti mövsüm Premyer Liqada çıxış edəcək “Karvan” klubu transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Yevlax klubu heyətini yeni futbolçu ilə gücləndirib. Bölgə təmsilçisi nigeriyalı müdafiəçi Olavale Doyeni  ilə anlaşıb.

20 yaşlı futbol ölkəsinin I Liqa klubu “Plateu Yunayted”də çıxış edib. O, yaxın zamanda “Karvan”la müqavilə bağlayacaq.

Doyeni ilk dəfədir ki, ölkəsindən kənarda top qovacaq. 1,83 hündürlüyündəki müdafiəçi karyerası ərzində 140 oyun keçirib və 7 qol vurub.

Həsən Quluzadə 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43