04 İyul 2026
Ölkə futbolu

Premyer Liqa klubu paytaxtda başqa stadiona göz dikdi – Danışıqlar başladı

“Araz Naxçıvan” yeni mövsümdən ev oyunlarını başqa stadionda keçirə bilər.

İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik gözünü “ASK Arena”ya dikib. Naxçıvan klubu bu stadionu icarəyə götürməyi planlaşdırır.

Artıq klub rəhbərliyi bununla bağlı müəyyən addımlar atıb. Lakin Naxçıvan təmsilçisi hələlik istədiyi cavabı ala bilmir.

Bu səbəbdən də komandanın bu arenada oynayıb-oynamayacağı bəlli deyil.

Xatırladaq ki, “Araz Naxçıvan” ev oyunları Mərdəkanda yerləşən “Liv Bona Dea Arena”da keçirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43