09 İyul 2026
Ölkə futbolu

Premyer Liqa klubu reallıqla barışdı – çalışmalar başladı 

Premyer Liqanın sonuncusu “Səbail” artıq növbəti mövsümün hazırlıqlarına başlayıb. Elita ilə vidalaşmaq üzrə olan “Dənizçilər” indidən I Liqanı düşünür.

Artıq aşağı liqa üçün oyunçu axtarışlarına başlanıb. “Səbail” I Liqada iddialı olmaq niyyətindədir. Yenidən Premyer Liqaya qayıtmaq istəyən rəhbərlik bu çempionatda çıxış edən təcrübəli futbolçuları heyətinə qatmaq üçün hərəkətə keçib.

Xatırladaq ki, “Səbail” 20 xalla Premyer Liqada sonuncu pillədədir. Komanda 9-cu sıradakı “Kəpəz”dən 8 xal geridə qalır.

İdmanxeber.az 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43