“Qalatasaray” Lukas Torreyra ilə müqavilə uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytından açıqlama verilib. Futbolçu ilə yeni sözləşmənin müddəti 2028-ci ilin sonuna qədərdir.
29 yaşlı yarımmüdafiəçi 2022-ci ildən İstanbul klubunda çıxış edir. O, İngiltərənin “Arsenal” komandasından “Qalatasaray”a keçmişdi.

