Azərbaycan Premyer Liqasında XIX turun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, turun ən çox azarkeşi “Neftçi” – “Qəbələ” matçında qeydə alınıb. Görüşü tribunalardan 1000 azarkeş izləyib.
Tərəfdarların maraq göstərmədiyi matç isə “İmişli” – “Kəpəz” görüşüdür. Qarşılaşmada cəmi 110 nəfər qeydə alınıb.
Digər matçlardakı azarkeş sayısı belədir:
“Sabah” – “Araz-Naxçıvan” (4:1) 951
“Sumqayıt” – “Zirə” (2:3) 700
“Turan Tovuz” – “Karvan Yevlax” (1:0) 400
“Şamaxı” – “Qarabağ” matçında (1:2) 900

