19 İyun 2026
Ölkə futbolu

Premyer Liqada ilk qələbəyə 18 min manat

Misli Premyer Liqasının III turunda “İmişli” səfərdə “Sabah”ı məğlub edib (1:0). Çempionatdakı ilk qələbəsini qazanan bölgə təmsilçisi xallarının sayını 4-ə çatdırıb.

“Sabah” səfərindəki qələbəyə rəhbərlik də biganə qalmayıb. Bunun üçün futbolçulara mükafat ödəniləcək.

Oyunun ardından paltardəyişmə otağına gedən klub rəhbəri komandaya 18 min manat “premya” sözü verib.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43