Misli Premyer Liqasının 10-cu turu tamaşaçı sayında mövsümün rekordu ilə əlamətdar olub.
İdmanxeber.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən “Turan Tovuz” – “Şamaxı” matçını 5800 tamaşaçı izləyib.
Doğma arenaya qayıdan qərblilər 2:1 hesablı qələbə qazanıb. Bu, mövsümün arxada qalan hissəsi üçün ən çox seyrçi toplayan oyunudur.
Bunadək rekord 5-ci turda qeydə alınmışdı. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş “Sumqayıt” – “Neftçi” görüşündə (0:2) 3500 izləyici olub.
Qeyd edək ki, ümumilikdə mövsümün baş tutan 58 oyununu 64 766 tamaşaçı izləyib. Orta göstərici 1117-yə bərabərdir.

