Ölkə futbolu

Premyer Liqamızda VII tur – oyunların vaxtı açıqlandı

Topaz Premyer Liqada VII turun oyun cədvəli müəyyənləşib.

Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, oyunlar üç gün ərzində keçiriləcək.

Qeyd edək ki, bu turda iki mərkəzi oyun olacaq. “Neftçi” əzəli rəqibi “Kəpəz”i qəbul edəcək. Digər mərkəzi görüşdə isə Avroliqadakı təmsilçilərimiz – “Qəbələ” və “Qarabağ” üz-üzə gələcək.

30 sentyabr (cümə)

15:00. “İnter” – “Zirə”

“İnter Arena”

1 oktyabr (şənbə)

19:00.“Neftçi” – “Kəpəz”

“Əlincə Arena”

17:00. “Sumqayıt” – AZAL

“Kapital Bank Arena”

2 oktyabr (bazar)

19:00.“Qəbələ” – “Qarabağ”

Qəbələ şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43