08 İyul 2026
Dünya futbolu

PSJ ispaniyalı barədə qərarını verdi

Mövsümün ikinci yarısını icarə əsasında “Aston Villa”da keçirən PSJ-nin yarımmüdafiəçisi Marko Asensio Paris klubunun növbəti mövsüm üçün planlarına daxil edilməyib.

İdmanxeber.az-ın məlumatına görə, PSJ onu transfer siyahısına daxil edib və futbolçunun qiymətinii 20 milyon avro müəyyənləşdirib. “Aston Villa”nın 29 yaşlı ispaniyalını komandada saxlamaq istəyir.

Asensio İngiltərə klubunun heyətində bütün yarışlarda 21 oyun keçirib, 8 qol vurub və 1 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi 2024/25 mövsümündə PSJ-nin heyətində 16 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43