17 İyul 2026
Dünya futbolu

PSJ yenidən Mourinyo ilə görüşəcək

PSJ baş məşqçi axtarışlarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, Paris klubu Krstof Qaltyenin performansından narazıdır. Komandanın Çempionlar Liqası ilə erkən vidalaşması rəhbərliyin ciddi narazılığına səbəb olub.

Bu səbəbdən də PSJ növbəti mövsümə yeni baş məşqçi ilə başlamağı planlaşdırır. Hədəfdəki isimlərdən biri də, “Roma”nın çalışdırıcısı Joze Mourinyodur.

O, bir dəfə Paris klubuna “yox” desə də, rəhbərliyin yenidən portuqaliyalı ilə görüşəcəyi bildirilib.

Tərəflər arasındakı görüşün ən qısa vaxtda həyata keçməsi gözlənilir. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43