Ölkə futbolu

“Qəbələ” 6 futbolçu ilə yollarını ayırdı – RƏSMİ

“Qəbələ” altı futbolçusu ilə yollarını ayırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müdafiəçi Lukas Afriko, yarımmüdafiəçilər Ahmed Ayzaya, Əyyub Allaş, Klesio Bauk, Yaovi Akakpo və hücumçu Osama Xalayla ilə 2023-2024-cü illər mövsümünün sonunda başa çatan müqavilələr uzadılmayıb.

2020-ci ildən “qırmızı-qara” formada çıxış edən toqolu Akakpo 30 oyunda 3 qol vurub. 2023-cü ildə “Qəbələ”yə keçən belçikalı Allaşın hesabında 56 görüşdə 10 top var.

Ötən yay “Qəbələ”yə qoşulan israilli Xalayla 40 (10 qol), braziliyalı Afriko 35 (1 qol), nigeriyalı Ayzaya 26 (1 qol) matçda form geyinib. Bu qış “qırmızı-qaralar”ın heyətinə qayıdan mozambikli Bauk 13 qarşılaşmada 1 qola sevinib.

Xatırladaq ki, mövsümü sonuncu yerdə başa vuran “Qəbələ” yeni mövsümdən 1-ci liqada çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43