Kateqoriyasız

“Qəbələ” aparıcı üzvünü itirə bilər

“Qəbələ”nin futbolçusu Lalavele Atakora karyerasını Türkiyədə davam etdirə biləır.

İdmanxeber.az-ın məlumatına görə, qardaş ölkənin “Denizlispor” klubu 28 yaşlı futbolçunun xidmətlərində maraqlıdır. Türkiyə mətbuatının yazdığına inansaq, Atakoranın yaxın günlərdə  Denizli təmsilçisinin heyətinə qoşulması gözlənilir.

Qeyd edək ki, Atakora ötən yayda “Qəbələ” ilə 1+1 illik müqavilə imzalamışdı. Toqo millisinin üzvü Türkiyədə “Balıkesirspor” və “Adana Dəmirspor” klublarının formasını geyinib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43