Kateqoriyasız

“Qarabağ”dan iki məşq

“Qarabağ” Antalyada qış təlim-məşq toplanışını davam etdirir.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun yetirmələri hazırlığın dördüncü gününü iki məşqlə başa vurub.

Günün ilk məşqi yerli vaxtla saat 11:00-da start götürüb və təxminən 1 saat davam edib. Futbolçular fitness zalında çalışıb.

Günün ikinci məşqi isə yerli vaxtla 17:30-da başlayıb və meydançada baş tutub. Komanda isinmə hərəkətlərinin ardından toplu çalışmaları yerinə yetirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43