Kateqoriyasız

“Qəbələ”dən rekord

“Qəbələ” Misli Premyer Liqasının 2022/23 mövsümünə ardıcıl üç qələbə ilə başlayıb. “Qırmızı-qaralar” “Turan Tovuz” (2:0) və “Şamaxı”nın (3:1) ardınca “Kəpəz”i də məğlubiyyətə uğradıb – 3:0.

İdmanxeber.az-ın məlumatına görə, bu, Premyer Liqada 2006/07 mövsümündə debüt edən “Qəbələ”nin tarixində ən yaxşı startdır. Komanda bunadək mövsümün ilk üç turunda 9 xal toplamayıb.

Üç dəfə startda 7 xal yığmaq mümkün olub. 2015/16, 2016/17 və 2021/22 mövsümündə əldə olunan bu göstərici rekordla yenilənib.

“Qəbələ” dörd dəfə ilk iki qarşılaşmada qalib gəlsə də, III turda seriyası qırılıb. Buna 2007/08, 2008/09, 2013/14 və 2017/18 mövsümlərində təsadüf olunub. Cari çempionatda isə startdakı qələbə seriyası üçə yüksəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43