17 İyun 2026
Dünya futbolu

“Qalatasaray” “Mançester Siti” ilə anlaşdı

“Qalatasaray” “Mançester Siti”nin müdafiəçisi Manuel Akanjini transfer etmək istəyir.

İdmanxeber.az xəbər verir ki, İngiltərə klubu 30 yaşlı futbolçunu 15 milyon funt sterlinqə satmağa hazırdır. Lakin Akanji hələ bu keçidə razılıq verməyib.

Müdafiəçi ilə Almaniyanın “Bayer” klubu da maraqlanır. İsveçrəli oyunçunun “Siti” ilə müqaviləsi 2027-ci ildə başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43