“Liverpul”un hücumçusu Federiko Kyeza Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Qalatasaray”la matçda iştirak etməyəcək.
İdmanxeber.az xəbər verir ki, 28 yaşlı futbolçu diskomfort səbəbindən komandanın heyətinə salınmayıb və İstanbula gətirilməyib.
Bu mövsüm italiyalı forvard “Liverpul”da 6 oyuna çıxaraq 2 qol və 2 assistlə yadda qalıb.

