“Qalatasaray” ÇSKA-nın hücumçusu Fedor Çalovla maraqlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
İdmanxeber.az-ın məlumatına görə, klubun mətbuat xidmətinin rəhbəri Köşkün Gülbahar Rusiya mediasına danışıb. O, “bu transfer xəbəri barədə heç bir məlumata sahib deyilik” deyərək, iddiaları təkzib edib.
Ötən mövsüm Fedor Çalov ÇSKA-nın heyətində 41 oyun keçirib, 24 qol vurub və 6 məhsuldar ötürmə verib.
Daha əvvəl idman jurnalisti Fabrisio Romano “Qalatasaray” və “Fənərbaxça”nın Fedor Çalovu izlədiyini yazmışdı.

