Dünya futbolu

“Qalatasaray”ın futbolçusu UEFA-nın siyahısında

UEFA yeniq rum yaratmağa hazırlaşır.

İdmanxeber.az “Marca” nəşrinə istinadən xəbər verir ki, prezident Aleksander Ceferin bu barədə açıqlama verib. O bildirib ki, oyun qaydaları, matçların təqvimləri və UEFA-nın turnirləri barədə fikir alış-verişi etmək üçün yeni qrum yaradılacaq.

Sözügedən təşkilatda bir çox futbol adamlarının yer alacağı da bildirilir. Siyahıda Joze Mourinyo, Karlo Ançelotti və Paolo Maldini kimi isimlər yer alır.

Onlarla yanaşı, hazırda “Qalatasaray”da çıxış edən Xuan Matanın da qrumda olacağı bildirilib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43