04 İyun 2026
Dünya futbolu

“Qalatasaray”ın futbolçusuna təkliflər var

“Qalatasaray”ın kolumbiyalı müdafiəçisi Davinson Sançesə qarşı Avropa klublarının marağı artmaqdadır.

İdmanxeber.az-ın məlumatına görə, İngiltərənin “Everton” və İtaliyanın “Fiorentina” klubları 28 yaşlı futbolçunun transferini nəzərdən keçirirlər.

“Everton”un Sançes üçün 18 milyon avro təklif etdiyi, lakin “Qalatasaray”ın 25 milyon avro tələb etdiyi bildirilir. Futbolçunun klubla olan müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Sançes 2023-cü ilin sentyabrında “Tottenhem”dən “Qalatasaray”a 9,5 milyon avroya transfer olunub və o vaxtdan İstanbul klubunun əsas müdafiəçilərindən biridir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43