“Qalatasaray”ın müdafiəçisi Abdukadir Bardakçı zədəsini sağaldıb.
İdmanxeber.az-ın məlumatına görə, bir neçə gün öncə İstanbul klubu müdafiəçinin zədələndiyini bildirmişdi. Bu gün isə yerli mətbuatda futbolçunun qarşıdakı “Kayserispor” matçında meydanda olacağı vurğulanıb.
Mənbə yazır ki, baş məşqçi Okan Buruk Kayseri təmsilçisinə qarşı müdafiədə Bardakçı və Viktor Nelsona şans verəcək.
“Qalatasaray” – “Kayserispor” görüşü aprelin 15-də keçiriləcək.

