Dünya futbolu

“Qarabağ” – “Arsenal”: Statistika

UEFA-nın rəsmi saytı Avropa Liqasının qrup mərhələsinin II turunda keçirləcək “Qarabağ” – “Arsenal” oyunu hqda yazı hazırlayıb. Statistik xarakterli Məqaləni təqdim edirik…

– “Arsenal”ın Azərbaycana ilk səfəri onları Avropa Liqasının final oyununun keçiriləcəyi məkana – Bakı Olimpiya Stadionuna gətirir. Ardıcıl 2-ci mövsüm Avropa Liqasında çıxış edən “topçular” ilk turda evdə Ukraynanın “Vorskla” klubuna qalib gəldi – 4:2. “Qarabağ” isə Lissabonda “Sportinq”ə 0:2 hesabı ilə məğlub oldu.

Əvvəlki qarşılaşmalar

-“Arsenal” ilk dəfə Azərbaycan klubu ilə üz-üzə gələcək. “Qarabağ” isə daha əvvəl 4 dəfə İngiltərə təmsilçisi ilə qarşılaşıb və bunların hamısında məğlub olub: Avropa Liqasının 2015/16 mövsümündə “Tottenhem”ə (1:3, 0:1), keçən mövsüm isə Çempionlar Liqasında “Çelsi”yə (0:6, 0:4).

“Qarabağ”

– 2017/18 mövsümündə ardıcıl 5-ci dəfə Azərbaycan çempionu oldu. Komanda, həmçinin, ardıcıl 5 mövsümdü avrokuboklarda qrup mərhələsində çıxış edir. Azərbaycan təmsilçisi 4 dəfə AL, keçən mövsüm isə ÇL təcrübəsi yaşayıb. Komanda bu dəfə ÇL-in III təsnifat mərhələsində Belarus BATE-sinə ilişsə də, AL-in pley-offunda “Şerif”i (Moldova) mübarizədən kənarlaşdırdı.

– “Qarabağ” heç vaxt avrokuboklarda yaza qədər davam gətirə bilməyib. Komandanın Avropa Liqasındakı ev oyunlarının balansı belədi: 2 qələbə, 4 heç-heçə, 3 məğlubiyyət. Ağdam təmsilçisi qələbələrini 2015/16 mövsümündə “Anderlext” (1:0), bir il sonra isə PAOK (2:0) üzərində qazanıb.

-“Qarabağ” bu mövsüm avrokubokda keçirdiyi 4 matçda yalnız 1 top buraxıb – 2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyəti var. Qrup mərhələsində evdə keçirdikləri son matçda “Çelsi”yə 4 cavabsız qolla yenilmişdilər. Bundan başqa, “Qarabağ” evdə “Atletiko” ilə 0:0 oynayıb. Səfərdə bu komanda ilə 1:1-lik heç-heçədən sonra Madrid klubu Avropa Liqasına yollandı, sonda isə turnirin qalibi oldu.

“Arsenal”

– 2017/18 mövsümündə İngiltərədə 6-ci pilləni tutdu. Bu Arsen Vengerin rəhbərliyi altında 22 ildə ən aşağı nəticə idi.

– Çempionlar Liqasındakı 19 ardıcıl mövsümdən sonra “Arsenal” ilk dəfə ötən il Avropa Liqasında oynadı və yarımfinala qədər irəlilədi. Burda isə gələcək çempion “Atletiko” ilə mübarizədən məğlub ayrıldı.

-1999/2000 mövsümünda UEFA Kubokunun 2-cisi olan “topçular” keçən mövsüm 2-ci turda BATE-yə 4:2 qalib gəlib. Komanda heç vaxt turnirin 2-ci turunda məğlub olmayıb – 4 qələbə, 2 heç-heçə.

Əlaqələr:

– “Qarabağ”ın futbolçusu İnnosent Emeqara İsveçrə millisində “Arsenal”lılar – Qranit Caka və Stepan Lixştaynerlə birgə çıxış edib.

– “Arsenal”ın futbolçusu Mesut Özil Almaniya yığmasının Azərbaycanı Bakıda 3:1 hesabı ilə məğlub etdiyi AVRO-2012-nin seçmə mərhələ oyununda qol vurmağı bacarıb.

Baş məşqçilər:

-“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov 64 oyunda 12 qolla Azərbaycan millisi tarixinə ən yaxşı bombardirdi. Futbolçu kimi bir neçə klubun formasını geyinən mütəxəssis keçən ay “Qarabağ”ın “sükanı arxası”nda 10-cu ilini tamamladı. Bu müddət ərzində o, 5 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kubokunun sahibi, həmçinin avrokuboklarda müntəzəm olaraq qrup mərhələsində iştirak kimi uğurlara nail olub. Keçən mövsüm ölkə daxilində “qızıl dubl” edən Qurbanov Çempionlar Liqasında qrup macərası yaşadı. 2017-ci ilin noyabrından Azərbaycan millisinin də baş məşqçisidi.

– PSJ-də 7 kubok qazandıqdan sonra Unai Emeri mayda Arsen Vengerin uzun illərdi davam edən “Arsenal” karyerasının bitməsi ilə London klubuna baş məşqçi təyin edildi. “Sevilya” ilə 2 dəfə Avropa Liqasının qalibi olan ispaniyalı 4 il “Valensiya”da çalışıb, həmçinin Moskva “Spartak”ına rəhbərlik edib. Avropa Liqasında ən çox qalib olan baş məşqçidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43