Kateqoriyasız

“Qarabağ” Azərbaycanın xal ehtiyatını artırdı – UEFA reytinqi

Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını artırıb.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın “Olimpiakos” üzərində 3:0 hesablı qələbəsi sayəsində olub.

Bu nəticə hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan ölkənin aktivinə daha 0,500 xal gətirib. Ümumilikdə xalların sayını 15,625-ə çatdıran Azərbaycanın 29-cu pillədəki mövqeyi dəyişməyib.

28-ci yerdəki Polşanın 17,250 xalı var.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43