Kateqoriyasız

“Qarabağ” Çempionlar Liqası üçün başlayır

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” iyunun 9-da yeni mövsümün hazırlığı üçün bir araya gələcək.

İdmanxeber.az-ın məlumatına görə, hazırlığın Bakı mərhələsi iyunun 20-dək davam edəcək.

Komanda hazırlığın ikinci mərhələsi üçün iyunun 20-də Avstriyaya yollanacaq. Avstriya toplanışı üçün 3 yoldaşlıq oyunu nəzərdə tutulub. Rəqiblər barədə daha sonra məlumat veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43