Kateqoriyasız

“Qarabağ” Gəncliyə “köçür”

“Qarabağ” daxili çempionatdakı ev oyunlarını da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb “Azersun Arena”nın ot örtüyünün dəyişdirilməsidi. Klubun mətbuat xidmətindən saytımıza bildirilib ki, arenanın ot örtüyünün dəyişdirilməsi və digər texniki işlərlə əlaqədar avqustun sonu, sentyabrın əvvəlindən stadion təmirə dayanacaq.

Qeyd edək ki, “Qarabağ” avqustun 25-də “Qəbələ” ilə Premyer Liqa oyununu “Azərsun Arena”da keçirəcək. Daha sonrakı ev matçları isə “Tofiq Bəhramov”da olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43