Kateqoriyasız

“Qarabağ” “Neftçi” üçün başladı

Topaz Premyer Liqasının 9-cu turunda “Neftçi” ilə qarşılaşacaq “Qarabağ” oyunun hazırlıqlarına başlayıb.

İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbər görə, “Vorskla”yla oyundan sonra komanda ara vermədən bu gün öz bazasında növbəti məşqinə çıxıb.

Qeyd edək ki, “Qarabağ” “Neftçi” ilə oktyabrın 28-də səfərdə qarşılaşacaq. Görüş saat 17:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43