Dünya futbolu

“Qarabağ” “Olimpiakos”la heç-heçə etdi

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun IV turunda Bakıda Yunanıstan “Olimpiakos”unu qəbul edib. Görüş qolsuz bərabərliklə sona çatıb – 0:0.

 

UEFA Avropa Liqası

Qrup mərhələsi, IV tur

20:45. “Qarabağ” (Azərbaycan) – “Olimpiakos” (Yunanıstan) 0:0

Baş hakim: Kreyq Pauson (İngiltərə)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43