“Qarabağ”ın futbolçusu Qara Qarayev klubdan ayrılıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb. Təcrübəli futbolçuya təşəkkür edilib və gələcək karyerasında uğurlar arzulanıb.
Xatırladaq ki, bir müddətdir mətbuatda Qarayevin “Neftçi” ilə anlaşdığı deyilir.

