“Renn”in yarımmüdafiəçisi Lovro Mayer karyerasını Almaniyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı xorvatiyalıya 20 milyon avro üstəgəl 2,5 milyon bonus ödəməyə hazır olan “Volfsburq” iddia edir. Eyni zamanda “Renn” futbolçu üçün 25 milyon tələb edir.
Mayer ötən mövsüm komandanın heyətində bütün yarışlarda 42 oyuna 3 qol vurub, 7 məhsuldar ötürmə edib. Transfermarkt.com portalı futbolçunun dəyərini 20 milyon avro qiymətləndirir.

