Kateqoriyasız

“Qarabağ” qrupdan asanlıqla çıxacaq” – Zaur Ramazanov

“Qarabağ”a uğurlar arzulayıram. Məncə, komanda asanlıqla qrupdan çıxacaq. Onların belə turnirlərdə oynamaq üçün kifayət qədər təcrübəli futbolçuları var”.

Bu sözləri İdmanxeber.az saytına Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu Zaur Ramazanov deyib. O, daha sonra belə davam edib: “Qrupdakı rəqiblərin necə çıxış etdiklərini bilmirəm. Adlarla baxsaq, səviyyəli klublardır. Ancaq nəzərə alaq ki, “Qarabağ” bu səviyyədəki rəqiblərlə çox oynayıb.

Düzdür, komandaya transfer lazımdır. Müəyyən mövqelərdə problemlər hiss olunur. Müdafiəçi və hücuma daha çox faydalı olan yarımmmüdafiəçilər gəlməlidir. Qurban Qurbanov da bunların fərqindədir. Biz təmsilçimizin nəyə qadir olduğunu yaxşı bilirik. Bu klub daha çətin rəqiblərə qarşı da oynayıb. Ona görə də “Qarabağ”ın qrupdan çıxacağını düşünürəm”.

Ağdam təmsilçisinin sabiq üzvü komandanın son günlərdə müzakirə mövzusu olan qapıçı mövqeyi barədə də danışıb. O, “Qarabağ”ın yeni bir qapıçıya ehtiyacı olmadığını bildirib: “Məncə, Şahruddin yaxşı qapıçıdır. Bütün oyunçuuların səhvləri olur. Bir səhvə görə heç kimi silmək olmaz. Qapıda elə Şahruddin dayansa daha yaxşıdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43