22 İyun 2026
Ölkə futbolu

“Qarabağ” – “Rakuv” matçına nə qədər bilet satılıb?

Bakıda “Qarabağ” və Polşanın “Rakuv” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

İdmanxeber.az-ın məlumata görə, qarşılaşma üçün 22 min bilet satılıb.

Bakı Olimpiya Stadionunda təşkil olunacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manatdır.

Qeyd edək ki, avqustun 2-də oynanılacaq görüş saat 20:00-da start götürəcək. “Köhlən atlar” Polşadakı ilk oyunda məğlub olub – 2:3.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43