10 İyul 2026
Dünya futbolu

“Qarabağ” – “Şerif” matçının biletləri satışda

Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Şerif” görüşünün biletləri satışa çıxarılıb.

İdmanxeber.com-un məlumatına görə, azarkeşlər bu gündən etibarən biletləri əldə edə bilərlər. Biletlər Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında satılır.

Qeyd edək ki, “Qarabağ” – “Şerif” oyunu 25 iyul saat 21:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43