“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının V turunda “Kəpəz” üzərində qələbəni (1:0) şərh edib.
İdmanxeber.az xəbər verir ki, o, matçdan sonra “CBC Sport”a açıqlamasında deyib:
“Qalib gəlməyimizdən razıyam. Həmişə Qəbələdə oynamaq çətin olur. Bəzi dəyişikliklər var idi. Hər şey qaydasında oldu və düşündüyümüz kimi alındı. “Kəpəz” çox istəkli idi, yaxşı mübarizə apardı, müdafiə olundu. Belə hesabın bəzən komandaya, məşqçiyə faydası olur, futbolçular daha diqqətli davranır. Ümumən razı qaldım”.
Təcrübəli mütəxəssis transfer danışıqlarının uğursuz nəticələndiyini söyləyib:
“Çox danışıqlar getdi, ancaq alınmadı. 3, hətta 4 futbolçu ilə danışıq aparırdıq. Mümkün olmadı. Əlimizdə olan futbolçularla qarşıdakı oyunlara daha istəkli hazırlaşacağıq”.

