20 İyul 2026
Ölkə futbolu

“Qarabağ” – “Zirə” matçına doğru: iki tərəfdə də itkilər var 

Misli Premyer Liqasının 29-cu turunda “Qarabağ” doğma meydanda “Zirə”ni  qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, qonaqların heyətində Yusuf Laval və Fuad  Bayramov bu görüşdə iştirak etməyəcək. Buna səbəb oyunçuların zədəli olmasıdır.

Ağdam təmsilçisi də görüşə itki ilə çıxacaq. Zədəli Şahruddin Məhəmmədəliyev “Zirə”yə qarşı oynaya bilməyəcək. Komandanın heyətində cəzalı futbolçu yoxdur.

“Zirə” – “Qarabağ” matçı bu axşam saat 19:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43