Kateqoriyasız

“Qarabağ”dan növbəti transfer: Onu da qaytarır!

“Qarabağ” daha bir sabiq futbolçusunu geri qaytarır.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi Reynaldodan sonra Riçard Almeydanı da heyətinə qatmağa hazırlaşır. Qazaxıstanın “Astana” klubunda yaranmış maliyyə problemləri səbəbindən komandadan ayrılan yarımmüdafiəçi “Qarabağ”ın təlim-məşq toplanışında olduğu Türkiyənin Antalya şəhərinə gələcək.  Əgər danışıqlar müsbət yekunlaşsa o zaman onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, 29 yaşlı futbolçu 2012-2018-ci illərdə “Qarabağ”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43