Kateqoriyasız

“Qarabağ”dan son xəbər: bu dəfə tam

“Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışı davam edir.

İdmanxeber.com-un məlumatına görə, komanda hazırlığın növbəti günündə tək məşqlə kifayətlənib.

Müxtəlif səbəblərdən son 5 gündə natamam heyətlə çalışan ağdamlılarda milli futbolçular da düşərgəyə qoşulublar.

Rəşad Sadıqov, Maksim Medvedev, Elvin Məmmədov,  Coşqun Diniyev, Qara Qarayev, Cavid Tağıyev , Bədavi Hüseynov Bakıdan, İbrahim Sehiç isə Bosniyadan klubun qərarlaşdığı Kössen qəsəbəsindəki otelə gəliblər. (klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43