Kateqoriyasız

“Qarabağ”ı III mərhələdə gözləyən komandalar: “Ayaks”, “Seltik”, “Kopenhagen”…

Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunları başlamamış UEFA III raundun püşkünü atacaq. İyulun 22-də komandalar potensial rəqiblərini biləcəklər.

“Qarabağ” – “Dandolk” cütünün qalibi də III mərhələdəku rəqibini tanıyacaq. “Qarabağ” – “Dandolk” cütü səpələnməmişlər sırasında yer alacaq. “Qarabağ” İrlandiya klubunu keçəcəyi təqdirdə daha güclü komandalardan biri ilə üz-üzə gələcək.

Çempionlar Liqası, III təsnifat mərhələsi

Səpələnmişlər: “Ayaks” (Hollandiya), “Seltik” (Şotlandiya) – “Nomme Kalyu” (Estoniya) cütünün qalibi, TNS (Uels) – “Kopenhagen” (Danimarka) cütünün qalibi, “Saburtalo” (Gürcüstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi, BATE (Belarus) – “Rusenborq” (Norveç) cütünün qalibi, “Sutyeska” (Monteneqro) – APOEL (Nikosiya, Kipr) cütünün qalibi

Səpələnməmişlər: PAOK (Yunanıstan), “Dandolk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan) cütünün qalibi, “Maribor” (Sloveniya) – AIK (İsveç) cütünün qalibi, “Srvena Zvezda” (Serbiya) – HİK (Finlandiya) cütünün qalibi, CFR (Rumıniya) – “Makkabi” (Tel-Əviv, İsrail) cütünün qalibi, Ferensvaroş (Macarıstan) – “Valetta” (Malta)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43