30 İyun 2026
Kateqoriyasız

“Qarabağ”ın əvəzinə başqa rəqib istəyərdik” – “Frayburq”un kapitanı

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Frayburq” komandasının kapitanı Kristian Günter klubun rəsmi televiziyasına açıqlama verib.

İdmanxeber.az-ın məlumatrına görə, 29 yaşlı müdafiəçi belə deyib:

“Qarabağ”ın əvəzinə başqa rəqib istəyərdik. “Olimpiakos” barədə onu deyə bilərəm ki, onların əla stadionu və möhtəşəm azarkeşləri var”.

Qeyd edək ki, “köhlən atlar” G qrupunda “Olimpiakos” və “Frayburq”la yanaşı Fransa “Nant”ı ilə də mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43