“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatmasında “səpələnməmişlər” arasında yer alacaq.
İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu qrup məerhələsinə gedən yolda son maneəni keçmək üçün reytinqdə özündən üstün olan komandanı üstələməlidir. Belə ki, çempionumuz pley-offda “Olimpiakos” (Yunanıstan), “Seltik” (Şotlandiya), “Kopenhagen” (Danimarka), APOEL (Kipr) və ya “Maribor”la (Slovaniya) qarşılaşacaq.
Pley-off-un püşkü avqustun 4-ü, Bakı vaxtı ilə saat 14:00-da atılacaq.
Çempionlar Liqası
Pley-off mərhələsi
Çempionlar yolu
Səpələnmişlər
“Olimpiakos” (Yunanıstan)
“Seltik” (Şotlandiya)
“Kopenhagen” (Danimarka)
APOEL (Kipr)
“Maribor” (Sloveniya)
Səpələnməmişlər
“Qarabağ” (Azərbaycan)
“Astana” (Qazaxıstan)
“Riyeka” (Xorvatiya)
“Hapoel” (Beer-Şeva, İsrail)
“Slaviya” (Çexiya)
Liqa yolu
Səpələnmişlər
“Sevilya” (İspaniya)
“Napoli” (İtaliya)
“Liverpul” (İngiltərə)
ÇSKA (Moskva, Rusiya)
“Sportinq” (Portuqaliya)
Səpələnməmişlər
“Styaua” (Rumıniya)
“Yanq Boyz” (İsveçrə)
“Nitsa” (Fransa)
“Hoffenhaym” (Almaniya)
“Başakşəhər” (Türkiyə)

