Kateqoriyasız

“Qarabağ” qələbəni əldən verdi

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” hazırlıq çərçivəsidə bu gün sonuncu yoxlama oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu Çexiya “Viktoriya”sı ilə qarşılaşıb. Dörd qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib.

Qeyd edək ki, Ağdam təmsilçisi bundan əvvəl Bolqarıstan “Ludoqorets”inə 0:2 hesabı ilə uduzub, Rumıniya “Krayova”su ilə qolsuz bərabərə qalıb, Rusiya “Ufa”sına 2:1 hesabı ilə qalib gəlib.

 

Yoxlama görüşü

2 iyul

19:00. “Qarabağ” – “Viktoriya” (Çexiya) 2:2
Qol: M.Emreli, 42; 52.

Qarabağ: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Emreli, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43