“Qarabağ” Çempionlar Liqası Liqa mərhələsinin III turunda səfərdə “Atletik”lə üz-üzə gələcək. Ağdam təmsilçisinin səfər proqramı bəlli olub.
“Köhlən atlar” ayın 20-də Bilbaoya yola düşəcək. Komanda oyundan bir gün öncə matçın keçiriləcəyi “San Mames” stadionunda son məşqçinə çıxacaq.
Çətin İspaniya səfərində “Qarabağ”ın dəstəksiz qalmayacağı bildirilir. Avropada yaşayan həmyerlilərimiz komandamızı stadionda tək qoymayacaq. Hələlik onların sayı ilə bağlı dəqiq rəqəm demək olmur.
Xatırladaq ki, görüşün baş tutacağı “San Mames” stadionu 53 min 332 nəfər azarkeş tutumuna malikdir.
“Atletik” – “Qarabağ” matçı oktyabrın 22-də, saat 20:45-də start götürəcək.
İdmanxeber.az

