Çempionlar Liqasının 5-ci turunda keçiriləcək “Napoli” – “Qarabağ” oyununun biletləri artıq satışdadır.
İdmanxeber.az xəbər verir ki, biletlərin qiyməti 25 avrodan başlayaraq 165 avroya qədər (təxminən 49–324 manat) dəyişir.
Qarşılaşma 26 noyabr tarixində “Dieqo Armando Maradona” stadionunda baş tutacaq.
Xatırladaq ki, 4 turdan sonra “Qarabağ” 7 xalla 15-ci, “Napoli” isə 4 xalla 24-cü pillədə qərarlaşıb.

