Çempionlar Liqasının ilk təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşacaq Monteneqronun “Rudar” komandası hazırlıqlarını davam etdirir.
İdmanxeber.com-un məlumatına görə, Pyevliya təmsilçisi ilk yoxlama görüşünü də keçirib. Ağdam klubunun rəqibi Serbiyanın “Mladost Luçani” klubu ilə qarşılaşıb. İki qolun vurulduğu matçda qalib müəyyənləşməyib – 1:1.
“Rudar”ın heyətində Kili Skuliç fərqlənib.
Qeyd edək ki, “Qarabağ” – “Rudar” matçı iyulun 15-də, saat 21:00-da keçiriləcək.