“Qarabağ” UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyununda səfərdə “Ferensvaroş”la üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan çempionunun Macarıstan təmsilçisi ilə görüşü canlı yayımlanacaq. Matç “CBC Sport” və yerli “Sports 3” telekanalı vasitəsilə azarkeşlərə təqdim ediləcək.
Xatırladaq ki, qarşılaşma bu axşam Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

