Madrid “Real”ı yarımmüdafiəçi Eduard Kamavinqanı yalnız yüksək təklif olduğu halda satmağı planlaşdırır.
İdmanxeber.az-ın məlumatına görə, klub fransalı futbolçunun transferinə 80 milyon avrodan aşağı məbləğdə razılıq verməyəcək. Baş məşqçi Xabi Alonso oyunçunun çıxışından razıdır və rəhbərlik də bu rəqəmin potensial alıcıları uzaqlaşdıracağını düşünür.
22 yaşlı Kamavinqanın “Real”la müqaviləsi 2029-cu ilin ortalarınadək qüvvədədir. “Kral klubu” bu gün La Liqanın 2025/26 mövsümünün ilk turunda evdə “Osasuna” ilə qarşılaşacaq.

