UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə yüksələn “Qarabağ”ın UEFA-dan əldə etdiyi gəlir müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu turnirə qatılmaqla 280 min avro qazanmışdı. “Olimpiya”nı keçərək 380 min avro gəlir əldə edən Ağdam klubu, Albaniya “Kukesi”ni məğlub edərək ümumi qazancını 1,14 milyon avroya yüksəldib.
Qeyd edək ki, ÇL-in qrupuna vəsiqə qazanan klub 12 milyon avro mükafat alır.

