“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan “Olimpiakos”u yeni transferini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, komanda “Bazel”də çıxış edən Paytim Kasamini heyətinə qatıb. 30 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.
İsveçrəli oyunçu 2021/2022 mövsümündə “Bazel”in heyətində “köhlən atlar”a qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin hər iki matçında meydanda olub.
Qeyd edək ki, “Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə oynayacaq.

