14 İyul 2026
Kateqoriyasız

“Qarabağ”la oyunda harada səhv etdiyimizi bilirik” – “Nant”ın qapıçısı

“Bu matçlarda harada səhv etdiyimizi bilirik”.

İdmanxeber.az bu sözləri  “Nant”ın qapıçısı Alban Lyafon Fransa Liqa 1-də “Loryan”a 2:3 və “Qarabağ”a 3:0 hesabı ilə uduzduğu oyunlar barədə danışarkən deyib.  O, daha sonra belə davam edib:

“Müdafiədə bəzi aparıcı oyunçularımız yox idi. Hər şey ilk növbədə məndən başlayır. Müdafiə xəttinə daha çox kömək etməliyəm. Mövsüm yalnız ev matçlarından ibarət deyil. Səfərdə də qələbə qazanmağı bacarmalıyıq”.

“Qarabağ” qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda “Olimpiakos”a qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43