08 İyun 2026
Ölkə futbolu

“Qarabağ”ın rəqibindən MÖHTƏŞƏM QƏRAR

“Qarabağ”ın Çempionlar Liqasınının I təsnifat mərhələsində “Linkoln”la keçiriləcək səfər matçının biletləri satışa çıxarılıb.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə Cəbəllütariq təmsilçisinin sosial şəbəkə hesabından məlumat verilib. “Viktoriya” stadionunda baş tutacaq qarşılaşmanın biletlərinin dünən satışa çıxarıldığı elan edilib.

Klub qarşılaşmadan əldə edilən gəlirin xərçəng xəstəliyindən əziyyət çəkən insanların müaəlicəsinə köçürüləcəyini açıqlayıb.

“Linkoln” – “Qarabağ” matçı iyulun 11-də, Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43