Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Çexiyanın “Slovan” klubu ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un Çexiya mətbuatına istinadən məlumatına görə, komandanın kapitanı Lukaş Pokorni dizindən zədələnib.
“Viktoriya” ilə oyunda xəsarət alan 29 yaşlı müdafiəçi dünən tibbi müayinədən keçib və məlum olub ki, o, 4 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Çexiya millisinin üzvü sentybarın 15-də “Qarabağ”la keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək.